Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu bilindi

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafəçi Bernardo Silva qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

Portuqaliyalı futbolçu bu görüşdə bir qolla yadda qalıb. Qarşılaşma isə Portuqaliyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar