AVRO 2024
Ronaldo ilk dəfə böyük turnirin qrup mərhələsində qol vura bilmədi
27.06.2024 | 15:20
Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldo karyerasında ilk dəfə böyük turnirlərin (dünya və Avropa çempionatları) qrup mərhələsində qol vura bilməyib.
Sports.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 39 yaşlı hücumçu bu uğursuzluqla Almaniyada təşkil olunan Avropa çempionatında üzləşib.
Onun ardıcıl 10 turnirin (dünya və Avropa çempionatları) qrup mərhələsində qeydə alınan qol seriyası bitib.