AÇ: Gürcüstan millisi pley-offa yüksələn 8-ci debütant oldu

Gürcüstan millisi Avropa çempionatlarında pley-offa yüksələn səkkizinci debütant komanda olub.

Sports.az xəbər verir ki, ilk dəfə Portuqaliya yığması qatıldığı AÇ-1984-də qrupdan çıxıb.

Daha sonra İsveç (1992), Xorvatiya (1996), Uels, Sloveniya, Şimali İrlandiya və İslandiya (2016) debütdə 1/8 finala yüksələn yığmalar olub.

Gürcüstan millisi yer aldığı F qrupunda 4 xalla üçüncü yeri tutaraq növbəti mərhələyə adlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar