Kroos AÇ-2024-ün qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçidir

Almaniya millisinin üzvü Toni Kroos Avropa çempionatının qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçi olub.

Sports.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 326 dəqiq ötürmə ilə siyahıya başçılıq edir.

Almaniyalı futbolçu həmçinin AÇ-2016-dakı rekordunu (323) yeniləyib.

Siyahıda ikinci pillədə 221 dəqiq ötürmə ilə Nikola Barella (İtaliya) yer alıb.

İlk "üçlüy"ü 219 ötürmə ilə İtaliya millisinin digər üzvü Jorjinyo qapayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar