Ronaldo antirekordunu yenilədi

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Avropa və dünya çempionatlarındakı antirekordunu yeniləyib.

Sports.az xəbər verir ki, Almaniyada təşkil olunan Avropa çempionatında 5 oyunda meydana çıxan 39 yaşlı hücumçu topa orta hesabla 29,1 dəfə toxunub.

Bununla da o, 2022-ci ildə keçirilən dünya çempionatındakı antirekordunu (39) yeniləyib. Ronaldu bu baxımdan ən yaxşı göstəriciyə DÇ-2006-da imza atıb - 66,2 toxunuş.

Portuqaliya millisi 1/4 finalda qarşılaşdığı Fransa ilə matçda penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar