Fransa millisi 60 il əvvəlki antirekordunu təkrarladı

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Portuqliya ilə əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında qələbə qazanan Fransa yığması 60 il əvvəlki antirekordunu təkrarlayıb.

Sports.az "Opta"ya istinadən xəbər verir ki, komanda ardıcıl 6-cı dəfə rəqiblərinə oyundan qol vura bilməyib. Komanda yalnız 2 avtoqol və 1 penalti hesabına növbəti mərhələlərə adlayıb.

Bu da 60 il əvvəlki nəticənin təkrarı kimi tarixə düşüb.

Qeyd edək ki, Fransa yığması yarımfinalda İspaniya ilə qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar