\"Səbail\" \"Sumqayıt\"dan ayrılan daha bir futbolçunu heyətinə qatdı

"Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sports.az xəbər verir ki, “dənizçilər” Rüfət Abdullazadə ilə bir illik müqavilə imzalayıblar.

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi son olaraq "Sumqayıt"da çıxış edib.

“Səbail” Rüfətdən öncə “Sumqayıt”dan ayrılan Süleyman Əhmədovla da müqavilə bağlamışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar