“Sumqayıt”da yeni müqavilə

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" FK Elvin Bədəlovla yeni müqavilə imzalayıb.

Sports.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə 2 illik anlaşma əldə olunub.

Qeyd edək ki, 2019-cu ildən bu komandanın şərəfini qoruyan Elvin Bədəlov ümümilikdə 84 oyunda meydana çıxıb. Elvin həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və əsas millilərinin uğurları üçün çalışıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar