"Kimə lazımıq ki..." - Samir Ələkbərov

Müstəqillik dövrünün ilk illəri Azərbaycan futbolunda Samir Ələkbərov rüzgarı əsirdi. Üç il ölkənin ən yaxşı futbolçusu seçildi, çempionatımızın bombardiri oldu, millinin heyətində bir oyunda 6 qol vurdu, İsrail klubunun diqqətini çəkib legioner həyatı yaşadı.

O zaman milli komandamızın ən təhlükəli və texnikalı futbolçusu idi. Çempionatda vurduğu qol sayına görə Qurban Qurbanovla 4-5-yerləri bölüşür - hərəsinə 115 dəfə fərqləniblər.

Bir müsahibəsində AFFA rəhbərliyini tənqid etdiyinə görə federasiyanın prezidenti Fuad Musayev onu ömürlük futboldan uzaqlaşdırdı. Futbola məşqçi kimi qayıdandan sonra isə daha bir tənqidi müsahibəsi Elxan Məmmədovun qəzəbinə tuş gəldi və karyerasına ciddi maneələr yarandı.

"Neftçi"də, "Xəzər Lənkəran"da, 21 yaşlılardan ibarət millidə məşqçi kimi çalışmış Samir Ələkbərov bu səbəbdən son illər kölgəyə çəkilib. 

Sports.az 54 yaşlı mütəxəssisi tapıb müsahibə alıb. 

Atalar üçdən deyib. Ümid edək ki, bu müsahibə 55 yaşını qeyd edəcək əfsanəvi futbolçu üçün düşərli olar.

- İşləriniz necə gedir?
- "Baku Sportinq" klubundayam. Komandamızı ikinci dəstəyə veriblər. Bir də uşaq məktəbinə nəzarət edirəm. 

- Böyük futbolda bir çox klubda məşqçi kimi çalışmısınız. Heç peşəkar klublardan təklif almamısınız?
- Sözün düzü, heç bir təklif olmayıb. Kimə lazımıq ki, təklif də etsinlər...

- Niyə belə düşünürsünüz?
- Nə bilim... Deyəsən artıq yaşımız gedib...

- Bir çox mütəxəssislərimiz də hazırda işsizdir. Sizcə bunun səbəbi nədir?
- Səbəbi komandalarının sayının az olmasında görürəm. 

- Uzun müddət sonra ölkə çempionatında komanda sayı 10-a yüksəldi. Ümumiyyətlə, Azərbaycan Premyer Liqasının, komandaların səviyyəsini necə qiymətləndirirsiniz?
- Çempionatın səviyyə qalxıb. Cavan məşqçilər çalışırlar. Öz strategiyalarını, stillərini komandaya aşılamaq istəyirlər. Gərgin mübarizə başlayıb. Birinci turda "Kəpəz" "Neftçi"ni, "Zirə" isə "Qarabağ"ı sadəcə hesabda deyil, oyun ilə də üstələdi. 

- "Qarabağ", "Neftçi" və "Sabah" bu həftə avrokuboklarda növbəti mərhələdə mübarizə aparacaqlar. Komandalarımızın şanslarını necə görürsünüz?
- Artıq bir komandamız - "Qəbələ" avrokubokları tərk etdi. Heyf... Mən Elmar Baxşiyevi çox yaxşı tanıyıram. Məşqçi işlədiyim vaxtlarda futbolçum olub. Çox savadlı məşqçidir. Özü də tərbiyəli uşaqdır. Şəxsən onun özünə görə pis oldum ki, niyə Elmar müəllim mərhələni adlaya bilmədi. Digərlərinə gəlincə isə, "Sabah" çətinliklə keçdi. "Qarabağ" da aydın məsələdi. Gözünə döndüyüm Şahruddin artıq neçə illərdir "Qarabağ"ı məyus edir... 

Növbəti mərhələdə qarşılaşacağımız "Beşiktaş" və "Partizan" çox ciddi rəqiblərdir. Ümid "Qarabağ"adır. Onlar Avropa Liqasının qrupuna düşə bilərlər. Ancaq istərdim ki, daha çox komandamız qruplara çıxsın. 

Samir Ələkbərov daha geniş müsahibəyə layiq maraqlı personadı. Ümid edirik ki, tezliklə layiq olduğu iş təklifi alar, əhvalı qaydasına düşər, Sports.az saytı üçün daha böyük və azarkeşlərinin ürəyincə olacaq bir müsahibə verər.

Röya

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar