Azərbaycan futbolu
Şahruddin millinin düşərgəsini tərk etdi

07.09.2023 | 09:52
Şahruddin Məhəmmədəliyev millinin düşərgəsini tərk edərək Türkiyəyə yollanıb. Təcrübəli qolkiper bu gün yeni klubu "Adanademirspor"la müqavilə imzalayacaq. Məhəmmədəliyev milli komandamızın baş məşqçisi Cianni De Byazidən bunun üçün 1 günlük icazə alıb.
O, müqavilə imzaladıqdan sonra vətənə dönəcək və axşam milli komandanın düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, Məhəmmədəliyev Türkiyə Super Liqasında çıxış edən klubla 2+1 illik müqaviləyə qol çəkəcək.
AVRO-2024-ün seçmə mərhələsinin F qrupunda mübarizə aparan milli komandamız sentyabrın 9-u "Dalğa Arena"da Belçikanı qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17.00-da atart götürəcək. Oyunu Nenad Minakoviçin rəhbərliyi ilə Serbiyadan olan hakimlər briqadası idarə edəcək.