Azərbaycan futbolu
AFFA və PFL rəhbərliyi Ramiz Mustafayevlə görüşüb

18.09.2023 | 14:30
Bu gün Peşəkar Futbol Liqasında AFFA nümayəndəsi, bu il 70 illik yubileyini qeyd etmiş Ramiz Mustafayevlə görüş keçirilib.
Sports.az xəbər verir ki, mərasimdə AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL prezidenti Elxan Səmədov, icraçı- direktor Zaur Hacı-Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.
AFFA nümayəndəsi kimi fəaliyyətini yekunlaşdıran Ramiz bəyə xidmətlərinə görə təşəkkür edilib və ona hədiyyələr təqdim olunub.