Millimizin oyunlarının başlama vaxtı müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Millətlər Liqası çərçivəsində dekabrın 1-də Kipr və 5-də Farer adaları komandasına qarşı keçirəcək oyunların məkanı və başlama vaxtı məlum olub.

Sports.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Kipr yığması ilə oyun Bakı vaxtı ilə saat 21:00-da Limassolda “Limassol” stadionunda, Farer adaları ilə qarşılaşma isə saat 19:00-da “Dalğa Arena”da keçiriləcək.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar