"Akademiya binamızın inşası davam edir" - Ehtiram Quliyev

"Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev Premyer Liqasının 18-ci turunun "Araz-Naxçıvan"la matçından (3:1) sonra jurnalistlərin suallarını cavablandırıb.

Sports.az klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır:

- İkinci dövrə də başa çatdı. Komanda 22 xalla 9-cu yerdədir. Klubun çıxışını necə dəyərləndirirsiz?

- Biz çox razıyıq. Hədəfimiz keçənilki nəticələri təkrarlayaraq Premyer Liqada qalmaqdı. Biz gələn ilin komandasını qururuq. Bu gün hücum movqeyində bir çox problemlərimizi həll etmişik. Müdafiədə zəiflik var. Bəzi əlavələrlə gələn il üçün daha iddialı komanda qurmaq istəyirik. Plana və öhdəliyə 100 faiz nail olduq, çünki qarşıdakı iki dövrədə də eyni xalları yığsaq, keçən ildən daha yaxşı nəticəmiz olacaq. Buna görə azarkeşlərimiz və oyunçularımızı təbrik edirəm. Çətin dövr oldu. 

- "Turan Tovuz"la sponsorluğa başlayarkən demişdiz ki, əsas hədəf akademiyadır. Bununla bağlı hər hansı plan var?

- Hədəflərdə dəyişiklik yoxdur. Prioritetimiz olduğu kimi qalır. Sadəcə bəzi işlər maliyyə vəsaitin yetərsizliyi və bəzi protokol qaydalarına görə ləngiyir. Akademiya binamızın inşası davam edir. Keçici bir məhdudiyyət var. Sənədləşmə işlərimiz yekunlaşmaq üzərədir. Qaldığımız yerdən davam edəcəyik. Bir ərazi satın almışıq. Orada inşaata başlayacağıq. Hədəflərdə ən xırda bir dəyişikliyimiz yoxdur. 

- Dünənki hadisə, projektor... Hesabat oldumu? Məhsuliyyəti kim daşıyır?

- Məsuliyyətdən əlavə bu hadisəyə görə çox üzgünük. Kim istəyərdi? Sevindirici səbəb hər hansı bir insana xəsarət olmadı. Buna görə sevincliyik. Amma hadisənin baş verməsi, oyun vaxtı olması bizi çox-çox üzür. Bölgəmizdə təbii fəlakət yaşandı. Ağaclar aşdı, evlərin damı uçdu, yollarda məhdudiyyətlər oldu, elektrik xəttində problem yarandı. Bunların hamısının səbəbkarı təbii ki, biz deyilik. Tənqidi fikirləri də oxuduq. Hamısına hörmətlə yanaşırıq. Biz hər zaman tənqidə açıq olmuşuq. Tənqidlərdən nəticə çıxarmışıq. Yalnız bəzi "Turan Tovuz" azarkeşlərinin bu mövzuda tənqidini qəbul edə bilmərəm. Onların kluba sevgisi məndə ciddi şübhə yaradır. "Turan Tovuz" azarkeşi bu klub üçün etdiklərimizi, çox ciddi maliyyə çətinliyi çəkdiyimizi görür. Qış transfer pəncərəsində bir neçə oyunçu almalıydıq. İndi işıq dirəklərinin yenilənməsinə görə ala bilməyəcəyik. Vəziyyətə elmi yanaşmağı düşünürük. Burada zərər görən bizik. Bunları dövlət vəsaiti hesabına etmirik. Hamısını sponsor edir. Ən çox zərər çəkən bizik. İnşallah bunlar da keçəcək. Çətinlikdən qorxmuruq. Əksinə, bizə stimul verir. İnsanı və klubu güclü edən bu cür hallardı. Çox üzgünük. Bəzi legioner futbolçuların artıq evlərinə biletləri, istirahət üçün planları var idi. Təəsüf onlarda da bir az gecikmələr olacaq. Bu qədər. 

- Hər işdə bir xeyir var. Bu hadisədən sonra, yəqin ki, digər stadionlarda da təhlükəsizlik məsələsinə daha diqqətlə yanaşılacaq...

- Bilirsiz bu cür hadisələr dünya arenalarında hər zaman olub. Dam örtüyü uçub, işıq dirəyi aşıb və s. Amma Azərbaycanda ilk idi. Məhz biz üzləşdik. Sözsüz ki, hamı - özümüz də, digər klublar da nəticə çıxardacağıq. Belə məsələlərdə daha diqqətli olmalıyıq. Ümid edirəm ki, ölkəmizdə bir daha belə hal yaşanmaz.

Son xəbərlər
Raşford “Mançester Yunayted”ə tələb irəli sürdü
Təxirə salınan oyun rəqəmlərin gözü ilə
Harri Keyn gələcəyi ilə bağlı qərar verdi
Rivaldodan Xabi Alonso açıqlaması
“Mançester Siti” “Real”a səfərdə qalib gəldi
“Ayaks” beş oyunda edə bilmədiyini bu gün etdi” - Qurbanov
“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
“Qarabağ” “Ayaks”a məğlub oldu
“Bayern” Salahın mümkün keçidi ilə bağlı mövqeyini açıqladı
Əli Abaslı Avropa çempionatında ilk qələbəsini qazandı
Vitinyadan Luis Enrike haqda açıqlama
Təxirə salınan oyunda "DH Volley” qalib gəldi
Flik “Barselona”nın tərəqqisini qiymətləndirdi
“Azərreyl”dən çətin qələbə
Bakıda akrobatika və aerobika gimnastikası üzrə yarışlar keçiriləcək
Anri Salahı tənqid etdi
Premyer Liqanın 15-ci turu rəqəmlərin gözü ilə
UEFA Region Kubokunun püşkü atılıb
Bekhem “İnter Mayami”nin MLS çempionluğu haqda söhbət açdı
“Sabah”da ayrılıq
“Mingəçevir” “Cəbrayıl”ı, MOİK “Şimal”ı məğlub etdi
“Lənkəran” amerikalı basketbolçu ilə yollarını ayırdı
Millimizin II raunddakı rəqibləri bilindi
Futzal turnirinə start verildi
Azərbaycan birinciliyi keçiriləcək
Dibala gələcəyi ilə bağlı qərar verdi
“Arsenal” ÇL üçün yeni futbolçu sifariş etdi
ÇL-də yeni rekordçu
“Qarabağ”ın U-19 komandası sonuncu matçında böyük hesabla uduzdu
Salah “Liverpul” rəhbərliyinə müraciət ünvanlaya bilər
DAHA ÇOX

Ən çox oxunanlar