AFFA rəhbərliyinin futbolumuza düşmənçiliyi

Qış transfer dönəminin ən ödənişli "yerli", milliləşdirilmiş futbolçusu, Krasnoyarsk(!) futbol məktəbinin yetirməsi Aleksey İsayev oldu. Keçmişdə "pleymeyker", müasir futbolda əlaqələndirici funksiyasını yerinə yetirən mərkəz y/müdafiəçisi "Sabah"dan "Qarabağ"a üz tutdu. Rusiyalı Azərbaycan futbolunda karyerasına "Sumqayıt"da başlamışdı.

Vaxtilə "Sumqayıt" klubu müəyyən məbləğ qazandı, indi "Sabah" futbolçu keçidindən gəlir əldə elədi. Bunlar futbolun ayrılmaz hissəsi, önəmli tərəflərindən biridir. Aleksey İsayev "Qarabağ"da potensialını daha da artıra biləcək gücdədir, futbolçunun son beş ildə artan trayektoriya ilə inkişafını nəzərə aldıqda, ehtimallar az deyil...

Üzdən yanaşdıqda, görünən bunlardır. Ölkə futbolu adına kompleks düşünüldükdə, mövcud durumun araşdırılmasına ehtiyac yaranır. Futbolçunun qiymətinin artımı, ödənilən məbləğ, keyfiyyət göstəricisindən daha çox, yerli oyunçu qıtlığı ilə bağlıdır. Nəzərə alınmalıdır ki, bir-iki komandanı çıxmaq şərtilə, klub futbolunda maliyyə bumu da çoxdan bitib.

Azərbaycan futbolunda nə vaxt orta sahə futbolçuları ilə bağlı yetərsay durğunluğu baş qaldırıb?! Ölkə futbol tarixində heç vaxt son illərdəki kimi bacarıqlı futbolçu yoxluğu problemi yaşanmayıb. Hətta müstəqilliyimizin ilk illərində, iqtisadi çöküş dövründə belə kifayət qədər yerli dayaq/orta sahə futbolçusu olub...

V.Hacıyev, M.Qasımov, Ə.Rəhmanov, S.Qurbanov, Ə.Nurməmmədov, T.Abbasov,  İ.Ponomaryov, V.Mixaylevski, V.Rzayev, Y.Hüseynov, V.Sadıqov, Y.Vahabzadə, Ş.Diniyev, A.Əsədov, V.Qədirov, B.Musayev, M.Qurbanov, V.Hüseynov, F.Əsədov, X.Mərdanov, F.Pərvərov, S.Alıyev, A.Məmmədov, E.Quliyev, R.Hüseynov, R.Sadiqov, R. Əmirquliyev, Q.Qarayev... Tam olmayan bu siyahıya cinah y/müdafiəçiləri, hücumçuları -  Ə.Məmmədov, A.Banişevski, K.Tuayev, M.Zeynalov, N.Smolnikov, R.Əlizadə, E.Abbasov, S.Şıxlarov, F., İ. Cavadovlar, M.Əhmədov, A.Əliyev, M.Allahverdiyev, N.Süleymanov, V.Qasımov, A.Zərbailov, Z.Tağızadə, M.Isayev, S.Ələkbərov, M.Hüseynov, E.Rəhmanov, A.Bəhramov, N.Əliyev, Q.Qurbanov, S.Əliyev, K.Quliyev, A.Kərimov, İ.Məmmədov, Ə.Talıbov, A.Isayev, F.Ismayılov, N.Nəbiyev və digərləri əlavə edilsə, Azərbaycan futbolunun hazırkı  durumu əyani görünər...

Yuxarıda qeyd olunanlar öz futbolçu potensiallarına uyğun fərqli ustalıq səviyyəsinə malik olublar. Olimpiya çempionluğu, dünya çempionatı finallarında çıxışlardan, vurulmuş qollardan tutmuş yeniyetmə/gənclər arasında Avropa və dünya çempionları, Rusiya, Ukrayna, İspaniya, Portuqaliya kimi ölkələrdə legioner həyatı... Və... ən önəmlisi, hər biri Azərbaycan futbol məktəbinin yetirmələridir...

Ölkə futbolunda müxtəlif dövrlərdə fərqli mövqelər üzrə zaman-zaman problemlər yaşanıb, orta sahə, yaradıcı oyunçular baxımından isə həmişə bolluq olub. Bu, yerli futbol spesifikasının, yaradıcı, texnikalı futbol ənənələrinin özəlliyi idi. Yox edilib! Azərbaycan futbol genefondu düşməncəsına məhvə məruz qalıb!

Bu gün aparıcı klublarımızda oyunu idarə edən, öz üzərinə götürən, meydanda söz sahibi, lider keyfiyyətlərinə malik olan orta sahə futbolçularının 99%-i legioner və ya milliləşdirilmiş futbolçulardır. Azərbaycan futbolu Krasnoyarsk futbol məktəbinin yetirməsinin ümidinə qalmamalıdır!

Ölkə futboluna onlarla, yüzlərlə keyfiyyətli oyunçu bəxş etmiş Sumqayıt şəhəriini təmsil edən klub rəhbərliyi, bədaviləri, şahruddinləri, isayevləri "yetişdirdikləri", milliyə cəlb etdikləri ilə öyünürlər, "Qarabağ" "yerli" futbolçulara ödədiyi vəsaitlərlə yeni-yeni elbrusların üzə çıxması üçün Quzanlıda akademiya aça bilərdi. Yaxın keçmişdə "Neftçi" öz yetirmələri ilə çempionluqlar qazanırdısa, hazırda milliləşdirilmiş eddilərin ümidinə qalıb... 

Azərbaycan futbolunda ümumi strateji xətt düzgün qurulmadığına, şəxsi maraqlar üstün gəldiyinə görə, futbol sahəsi çökdürülüb, belə davam edəcəyi halda, yaxın illərdə düzəlməsi mümkünsüz görünən sağalmaz zərbə alıb. Düzgün istiqamətin götürüləcəyi, islahatların aparılacağı fonunda, problemlərin aradan qaldırılması, futbolçu boşluğunun bərpası illər alacaq...

Təəssüf ki, səhvlərdən nəticə çıxarılmır, strateji, milli-mənəvi ruhda düşünülmür. Sabahın futbolu havadan, Bakı küləyindən asılı vəziyyətdə qalıb. Uşaq-gənclər futbolundakı bərbad durum bəllidir. Doğru çıxış yollarının axtarılması, təkliflərə dəyər verilməsi, hikkələrdən əl çəkilməsi əvəzinə, yenidən pərakəndə, sistemsiz, görüntü xarakterli "turnirlər", milliyə əcnəbi istənildiyi kimi, xaricdə yeni "layihə"lər axtarılır. 

Hazırda üzdə olan, az-çox keyfiyyəti ilə seçilən, millinin, klubların özəyini təşkil edən yerli futbolçuların böyük əksəriyyəti, B.Mustafazadə, C.Diniyev, M.Emreli, E.Cəfərquliyev, M.Qurbanlı, R.Məmmədov, E.Balayev, M.Isayev, A.Hüseynov... klublar/cəmiyyətlərlə, uşaq məşqçiləri ilə birgə fəaliyyətin, ardıcıllığın təmin olunması sayəsində "Sabahın ulduzları" layihəsi şinelindən çıxıblar. T.Bayramovu yetişdirən "Xəzər Lənkəran" da nəzərə alınsa, futbol xəritəsinin necə inkişaf etdiriləcəyi yolu aydın görünər... 

Tarixən Azərbaycan futbolunu bacarıqlı futbolçularla təmin etmiş Gəncə - Tovuz bölgəsi öz klublarına keyfiyyətli yerli futbolçular tapmaqda çətinlik çəkirlər. Bu, yaradılan fantastik şəraitə, dövlət qayğısına baxmayaraq, son 10-15 ildə ümumi futbol təsərrüfatında hökm sürən idarəçilik özbaşınalığının nəticəsidir. 

"Uşaq futbolu yoxdur" deməklə problem aradan qalxmır. Dəfələrlə bu mövzuda AFFA rəhbərliyi ilə danışıqlarım, təkliflərim olub, əyani olaraq çıxış yolları göstərilib. Kosmetik görüntü yox, real addımlar atılmalı, Azərbaycan futbolu adına edilən düşmənçiliyə, şəxsi ədavətə son qoyulmalıdır. Belə davam edəcəyi halda, yerli istedadlar üzə çıxmadan beşikdəcə məhv ediləcək, Azərbaycan futbolu yaşı 30-u haqlamış isayevlərə hələ çox möhtac qalacaq...

AFFA rəhbərliyinin futbolumuza düşmənçiliyi
Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar