Parisdən seçkilərə dəstək - FOTO, VİDEO

UEFA-nın 48-ci konqresində və Millətlər Liqasının püşkatmasında iştirak etmək üçün Fransaya yollanmış AFFA-nın nümayəndə heyəti Azərbaycan Respublikasının Prezident seçkisində iştirak edib.

Federasiyanın vitse-prezidenti Vaqif Sadıxov, milli komandamızın məşqçisi Arif Əsədov,  İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov, AFFA Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli Parisdə səs verib. 

Bu gün Fransaya yola düşmüş AFFA-nın baş katibi Sərxan Hacıyev isə səhər saatlarında Binəqədi rayonu 18 saylı seçki məntəqəsində səs verib. 

Qeyd edək ki, UEFA Milətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi sabah Bakı vaxtilə saat 21.00-da başlayacaq.

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar