“Qarabağ”ın gerçəkləşdirdiyi xəyallarım

“Qarabağ”ın gerçəkləşdirdiyi xəyallarım

Düz 25 il əvvəl Avropa meydanlarında bir azərbaycanlı ulduz parlayırdı. Vəli Qasımov Portuqaliya yüksək liqasında çıxış edən Setubal şəhərinin təmsilçisi "Vitoriya"nın bombardiri idi. Yenicə "Futbol+" qəzetində fəaliyyətə başlayan mən Vəlidən müsahibə aldım, sonra onun fotolarını tanınmış həmkarım Rasim Mövsümzadədən götürüb qəzetə verdim. Qasımov müsahibədə Portuqaliyadan Sevilyadakı evinə hər həftə öz avtomobili ilə gedib-gəldiyini deyirdi. "Futbolumuzun "peraşki" dövrü" adlandırılan çətin, pulsuz zamanlar idi. Onda xəyal edə bilməzdim ki, vaxt gələcək bir Azərbaycan komandası avrokuboklarda pley-off oynayacaq və mən də həmin oyunu işıqlandırmaq üçün Portuqaliyaya gələcəm...

Sabah  “Estadio Municipal de Braga” stadionunda Azərbaycan futbolu üçün ilk yaşanacaq - bir komandamız Avropa Liqasının pley-off mərhələsinin oyununa çıxacaq. ETOPAZ bu tarixi hadisəyə canlı şahidlik etməyimiz üçün bir qrup idman jurnalistinin Braqaya səfərini təşkil edib. Ölkənin ilk qanuni mərc saytı həmişəki kimi həmkarlarımızın fəaliyyətinə ən yüksək səviyyədə dəstəyini verir. Buna görə "Bal Line" şirkətinin rəhbəliyinə, şəxsən Altay Əliyevə təşəkkürümü bildirirəm.

Çempionumuz "Qarabağ"dan gözləntilərimiz çoxdu. Adətən ehtiyatlı danışan Qurban Qurbanov da "Braqa" ilə oynamaq olar" deyir. Amma tarixi matç öncəsi reallıq hissini də itirməməliyik. Əlbəttə, "Braqa", nə "Benfika"dı, nə "Sportinq", nə də "Portu". Amma Portuqaliya və Azərbaycan futbolunun müqayisəsi ümumiyyətlə yersizdi. 

"Braqa" son illər ölkəsində "3 böyük"dən sonra ən güclü klubdu. Tam adı "Sportinq Klube de Braqa" olan əyalət təmsilçisi 1921-ci ildə yaranıb. 1975-ci ildən daim Portuqaliya yüksək liqasında çıxış edir. Ən böyük uğuru 2009/10 mövsümündə olub. "Braqa" çempionatda ikinci yerə yüksələrək Çempionlar Liqasında oynamaq şansı qazanıb, qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində 3-cü yer tutduqdan sonrasa mübarizəni Avropa Liqasında davam etdirib və indi "Qarabağ"la pley-off oynayacağı yarışın finalınacan gedə bilib.


200 min əhalisi olan bu sakit, hüzurlu Avropa şəhərinin təmsilçisi 15 il öncə son İntertoto kubokunu qazanıb. 

"Braqa" 2013/14 mövsümündən başlayaraq Portuqaliya yüksək liqasında cəmi bir dəfə ilk dördlükdən kənarda qalıb. Ötən mövsüm isə "Sportinq"i qabaqlayaraq bürünc medal qazanıb. 

Komandanın kapitanı və Portuqaliya millisinin üzvü Rikardo Ortanın dəyəri 20 milyon avrodu. Bu "Qarabağ"ın illik büdcəsindən daha böyük bir rəqəmdi.

Ümumiyyətlə, "Braqa"nın illik büdcəsi "Qarabağ"dan təxminən 100 milyon avro çoxdu. 

Amma meydanda hər şeyi pul, büdcə, oyunçuların dəyəri həll etmir. Bunu dəfələrlə o cümlədən, ağdamlıların timsalında görmüşük. Qurban Qurbanovun fikir mübadiləsi üçün qonağı olduğu Xabi Alonso "Bayer Leverkuzen"lə "Bayern Münhen"i darmadağın edirsə, niyə çempionumuzdan ümidverici nəticə gözləməyək?!

Əlbəttə, iştirak etdiyi çempionata, heyətindəki futbolçuların adlarına, büdcəsinə, şəraitinə, bir çox parametrlərə görə "Braqa" "Qarabağ"dan üstün görünür. Amma bu kağız üzərində belədi. Çünki, dediyim kimi hər şey meydanda həll olunacaq.

"Braqa" həmin Xabi Alonsonun "Bayer Leverkuzen"i deyil. Heyətində Moutinyo, Pizzi, Fonte kimi ad-sanlı veteranların, Orta, Banza, Ruis,  Salasar, Gomez, Jalo, Ndur, Niakate və başqa keyfiyyətli oyunçuların olması sözsüz ki, futbolçularımızın gözünü qorxutmamalıdı. 


Komandanın bombardiri Banza Afrika Kubokundan yeni qayıdıb. Futbolsevərlərimizin özəlliklə Türkiyə çempionatından və Portuqaliya millisindən yaxşı tanıdığı fenomenal sürətə malik Bruma zədəlidi. 

Əl Musrati "Beşiktaş"a icarəyə verildi. 

Bu məqamlar, həmçinin son oyunda "Sportinq"dən alınan 0:5 hesablı ağır məğlubiyyət çətin ki, "Braqa"nın oyununa müsbət təsir edə. 

"Braqa"nın baş məşqçisi Artur Jorjenin adını ilk dəfə eşidən yaşlı nəsil onu Portuqaliya futbolunun əfsanəsi, həm futbolçu, həm də məşqçi kimi daha ünlü veteran Artur Jorjeylə səhv sala bilər.

Amma "Braqa"nın baş məşqçisi xeyli gəncdi, Qurban Qurbanovla yaşıddı. Sabah həm də bu iki mütəxəssisin bir-birinə hansı sürprizlər edəcəyi böyük maraq doğurur.

Yuxarıda adını xüsusi vurğuladığım Vəli Qasımov "Vitoriya"nın, Kamran Ağayevlə Emin Mahmudov "Boavişta"nın heyətində Portuqaliyanın yüksək liqasında heç də pis çıxış etməyib. Sabah bu fakt da bizim futbolçulara stimul, ruh verməlidi. Çünki, "Braqa" ilə oyun həm də ən yaxşı keyfiyyətləri göstərib, yeri gəlsə başından yuxarı tullanıb Avropa klublarına, daha sanballı çempionatlara keçmək üçün əla şansdı.

...Vəlidən müsahibə alanda ağlıma gətirmədiklərim gerçək oldu. İndi "Qarabağ"ın "Braqa"nı keçməsi xəyal kimi görünür. Amma 25 il öncə xəyalıma belə gətirmədiklərimi sonradan gerçəkləşdirən də elə həmin "Qarabağ", Qurban Qurbanov, bu klubun rəhbərliyi və futbolçularıdı!

Uğurlar, "Qarabağ"! 

Anar Şabanoğlu, Braqa

Yazı Etopaz-ın dəstəyi ilə hazırlanıb

Son xəbərlər
“Qəbələ”dən növbəti transfer
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirdi
“Real”ın klub televiziyası İspaniyadakı hakimləri yenə tənqid etdi
Dieqo Simeone müasir futbolun ən yaxşı futbolçusunu açıqladı
Qvardiola həyəcan içindədir
Vardi “Kremoneze”yə keçidini şərh etdi
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir
“Əl-Hilal” ÇSKA-nın təklifini rədd etdi
İsak “Liverpul”la məşqə qatıldı
“Spartak” avqust ayının ən yaxşı oyunçusunu açıqladı
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi
“Ronaldo Messi ilə bir səviyyədə ola bilməz” - Kapello
Alfonso Dominqes DÇ-nin yarımfinalında
“Neftçi” Şeydayevlə vidalaşdı
Millimiz Gürcüstan yığmasına qalib gəldi
Marmuş Mançester derbisini buraxacaq
Rüfət Əhmədov “Qəbələ”də
ACF-dən Bakıda ne-vaza üzrə seminar
“Beşiktaş”dan yeni transfer
Millimiz Vyetnama qalib gəldi
“Karvan-Yevlax”da iki ayrılıq
Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəldi
Tuxel İngiltərə millisinin tarixinə düşdü
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirdi
Kazımova beynəlxalq yarışa təyinat aldı
“Quba” daha bir legioner transferini reallaşdırdı
Əvəzedicilərin yarışında 4-cü turun təyinatları açıqlandı
1-ci Liqada ilk turun təyinatları açıqlandı
Millimiz Moldovada yoxlama oyunları keçirəcək
DAHA ÇOX

Ən çox oxunanlar