Bizim Musa

Bizim Musa

Musa Qurbanlı üçün getdiyim Stokholma səfərim bitir. Bu qədər gözəl alınacağını ağlıma gətirməzdim.

Oyunun rəsmi yayımçısı "CBC Sport"un əməkdaşlarını nəzərə almasaq, ötən il təxminən bu vaxt milli komandamızın İsveçlə qarşılaşması üçün Stokholma yollanan yeganə azərbaycanlı jurnalist idim. 

Millimiz 0:5 uduzdu. Mətbuat konfransında millinin sabiq çalışdırıcısı Canni De Byazi ilə mübahisə etdik. Bir sözlə, heç xoş xatirələr qalmadı. 

Bu dəfə tam fərqli, çox möhtəşəm idi. 

İlk növbədə xəyalımda olan azərbaycanlı futbolçusu prototipini gördüm. 

Musa Qurbanlı 21 yaşında İsveçin ən köklü və titullu klublarından birinin şərəfini qoruyur. Əksər azərbaycanlı futbolçulardan fərqli çox mədəni, intellektli, dünyagörüşlüdü. İngilis, rus, türk dillərini təxminən doğma Azərbaycan dili kimi bilir. Futbolçu kimi də çox istedadlıdı. İndi bir az sıxıntılı dövr keçirsə də, azarkeşlər ona inanır, klubun rəsmi fanşopunda Musanın 22 nömrəli futbolkaları ilə rastlaşıram.

Musa həm də 25 illik idman jurnalisti karyeramda gördüyüm ən səmimi azərbaycanlı futbolçudu. Çox çalışqandı.

Həqiqətən həm onun, həm də ölkəmizin adına çox sevindim ki, bu cür klubda 21 yaşlı ağıllı, qabiliyyətli, istedadlı həmvətənimiz çıxış edir.

Məndə Qurban Qurbanovun telefon nömrəsi yoxdu. Olsaydı, ona belə övlad böyütdüyü üçün təşəkkür edərdim. Qrafiki sıx, zəng edəni çoxdu.

25 illlik tanışlığımız, yekunda qalib gəldiyi "Joao Barotra Career" ədalətli oyun mükafatı üçün namizədliyinin Beynəlxalq Feyr Pley Komitəsinə verilməsi təşəbbüsüm, bütün sənədlərin hazırlanması, yazılması, araşdırılması və s. mənim işim olsa da, populyarlaşandan sonra hocadan telefon istəməmişəm. Və bu 25 ildə də heç vaxt yaxın münasibətimiz, dostluğumuz və s. olmayıb.

Bunu ona görə deyirəm ki, birdən kimsə Musanın yanına Qurban hocanın oğlu olduğu üçün getdiyimi düşünər.

Tanıyanlar bilir ki, hələlik ən yaxşı legioner karyerasına malik azərbaycanlı futbolçu Vəli Qasımovdan, Türkiyə millisinin ovaxtkı baş məşqçisi Mustafa Dənizlidən və başqalarından hələ keçən əsr müsahibələr almışam...

Vaqif Cavadov "Tvente"də olanda onun üçün Niderlandın əyaləti Enshedeyə getmişəm.

Sports.az saytı yaranandan Azərbaycanda yaşamayan Yuri Smolnikov, Yuri Syomin, Boris İqnatyev və bir çox başqa tanınmış simalardan eksklüziv müsahibələr almışıq.

Natiq Nəsirov saytımız üçün Mahir Emrelidən Zaqrebdə gözəl müsahibə götürüb. Hələ Səid Mollayi ilə söhbətini demirəm.
Bu bizim işimizdi.

Hə, "Qarabağ" başından yuxarı tullandığı kimi? biz də çalışırıq maliyyə imkanlarımızdan artıq nələrsə edək və şükür Allaha, hələlik çox böyük çətinliklə də olsa, alınır.

Sports.az yaranan gündən belədi, ümid edirəm gələcəkdə düzələr. Amma istənilən halda nə olacaqsa, olacaq. Təki paxıllıq, qısqanclıq, mərdimazarlıqla rastlaşmayaq.

Bu bizim işdi - sevdiyimiz və bu sevgidən doğan fədakarlığı etdiyimiz...

...Musa da futbolu, işini sevir, çalışır. Bunu çox qiymətləndiririk, səfərimiz də zatən buna görə idi. Ən əsası, Allah görür və inşallah, gec-tez Musanın əziyyətini qiymətləndirər!

Bu gün biz jurnalistlər, azarkeşlər, futbol ictimaiyyəti Musanı və onun timsalında xaricdə gücünü sınamaq, ölkəmizi tanıtmaq istəyən bütün idmançılarımızı dəstəkləməliyik. Musa yaşda olanda ermənilərin Mxitaryanı dəstəklədiyi kimi.

Təəssüf ki, dünya azərbaycanlılarının ən çox yaşadığı şəhərlərdən biri - Stokholmda, azarkeşlərin stadionlardan çox girdiyi sosial şəbəkələrdə hələlik bunu görmədim, duymadım...

Belə nüanslar olmadan 21 yaşlı bir gəncin tam fərqli ölkəyə uyğunlaşması ağırdı.

Ümid edirəm ki, çox yaxşı oğlan, insan və futbolçu Musa atası Qurban Qurbanov kimi çətinliklərə sinə gərib futboldakı bütün arzularına çatacaq!

Anar Şabanoğlu, Stokholm

ETOPAZ-ın dəstəyilə hazırlanıb

Son xəbərlər
“Ordu” və NTD-dən qələbə
Azərbaycanın 4 boksçusu AÇ-nin 1/4 finalında!
“Real” “Liverpul”un müdafiəçisinə marağını yenilədi
“Real” və “Çelsi” Murillo uğrunda çəkişəcəklər
Semenyo hansı klubda çıxış etmək istədiyini müəyyənləşdirib
“Bayern” “Çelsi”nin transfer hədəfinə göz qoyur
La Liqanın ən bahalı futbolçuları müəyyənləşdi
“Çelsi” “Barselona”nın futbolçusu ilə maraqlanır
Premyer Liqada noyabrın ən yaxşı futbolçusu bəlli oldu
“Çelsi”nin baş məşqçisi Premyer Liqada ayın ən yaxşısı seçildi
Müdafiəçisi “Liverpul”la müqaviləsini yeniləyə bilər
Həsənov FIFA referilərinin səhv qərar qəbul etdiklərini təsdiqlədi - VİDEO
AFFA rəsmisi Gəncə və "Turan Tovuz" futbol akademiyalarına səfər ediblər
“Napoli”nin Kobbi Meynu ilə bağlı mövqeyi məlum oldu
Azərbaycan millilərinin Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşdi
DÇ: Daha bir boksçumuz finala yüksəldi
“Çelsi” “Leypsiq”in müdafiəçisini hədəfə aldı
Morata üçün il başa çatdı
Təxirə salınmış oyuna təyinatlar açıqlandı
“Liverpul” da Semenyonu istəyir
Qurban Qurbanov 2025-ci ilin ən yaxşı məşqçisi seçildi!
Millimizin üzvü əməliyyat olundu
Yurgen Klopp “Real”dan təklif alarsa…
Avropa Liqasında pley-offa vəsiqə qazanan 6 komanda bəllidir
Almanlar yenilənmiş "Kamp Nou"ya zərər vurublar
Touni İngiltərə Premyer Liqasına qayıtmayacaq
“D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub
Azərbaycan UEFA reytinqində 26-cı pillədə qaldı
Erik Qarsiya “Barselona” ilə bağlı arzusunu açıqladı
“Azəri” çempion oldu
DAHA ÇOX

Ən çox oxunanlar