"Zirə"yə nəzirə

"Zirə"yə nəzirə

"Zirə" 10 illiyində özünə ən yaxşı hədiyyəni etməyə çox yaxın idi. Rəşad Sadıqovun komandası postsovet məkanının ad-sanlı klublarından "Şerif"i avrokuboklardan uzaqlaşdırmağın bir addımlığında dayandı. 

Moldova təmsilçisini səfərdə məğlub etdik, Bakıdakı oyuna da əla başladıq və hesabda önə keçdik. Hesabı artıra da bilərdik. Bir qədər bəxtimiz gətirmədi... 

Müdafiə futboluna görə tez-tez tənqid edilən "qartallar" bəlkə də ən yaxşı oyunlarından birini keçirirdi. Birinci hissənin bitməsinə 5 dəqiqə qalmışa qədər belə idi - Salifu Suma komandasını pis vəziyyətdə qoyanacan... 

Qvineyalı heç bir əsas və ehtiyac olmadan qırmızı vərəqə alıb klubunun 10 ildi çəkdiyi əziyyəti yerə vurdu. Bəli, məhz 10 il. "Zirə" addım-addım, pillə-pillə bu yerə gəlib və indi artıq avrokuboklarda özünü göstərməyin vaxtıdı. "Şerif"lə matçlarda komandamızın qitə turnirində müəyyən uğur qazanmaq potensialının olduğunu gördük. 

Rəşad Sadıqovdan hamının xoşu gəlməyə bilər. Amma adamın haqqını yemək olmaz. "Zirə" əsasən müdafiə futbolu sərgiləsə də, bəlli bir oyun dəst-xəttinə, üsluba malikdi və məhz bunun sayəsində özündən xeyli artıq büdcəsi olan komandalarla rəqabətdə Avropa Liqasına vəsiqə qazanmağı bacardı. Bunun özü "Zirə" üçün uğurdu və bunda Rəşad Sadıqovun rolunu danmaq insafsızlıq olar. Komandanın sərgilədiyi futbolu kimsə bəyənməyə bilər. Amma fakt bu ki, daxili arenada nəticə qazanıldı.

"Şerif"lə oyunlarda da avrokuboklarda da özündən söz etdirə biləcəyinin işartılarını gördük. 
Futbolçu kimi zəngin beynəlxalq təcrübəyə malik Sadıqov, baş məşqçi olaraq hələ yolun əvvəlindədi. Bu mənada hansısa səhvlər etməsi təcrübəsizliyindən irəli gələ bilər. Sadıqov emosionaldı, hakimlərin qərarlarına tez-tez nümayişkaranə reaksiya verir və s. 

Məşqçi kimi ondan ən böyük gözlənti xarizması ilə bağlıdı. Mən onun əsas millidə də yaxşı işləyə biləcəyini düşünürəm. Rəşad Sadıqov xarizması olan yerdə futbolçular nizam-intizama qeyd-şərtsiz əməl edəcək və bu uğur gətirəcək. Amma dünən Salifu Sumanın hərəkəti bu fikirlə zidd idi...

Komandanı belə pis vəziyyətdə qoyan futbolçu dərhal komandadan qovulmalıdırmı?! 
Söhbət təkcə qırmızı vərəqədən getmir. Futbolda da, həyatda da hər şey ola bilər. Çünki, futbol özü də ayrıca bir həyatdı. Amma belə məqamda bu cür qırmızı vərəqə almaq... 

Son qərarı klub verəcək. Digər futbolçuların belə məsulliyətsizlik etməməsi üçün Sumanın dərhal komandadan göndərilməsi bəlkə də ən doğru addım olar.

Bir az da azarkeşlərdən yazmaq istəyirəm. "Qəbələ" Avropada yetərincə uğurlu çıxış edən dönəmdə qəbələli azarkeşlər stadiona gəlmirdi. Komandanın rəhbərliyi bunu fındıq yığımı mövsümü ilə əlaqələndirirdi. Zirədə və Bakı kəndlərində bilmirəm pomidor mövsümüdü, "qarpızın sezonudu" ya nədi, amma bu cür vacib oyunda stadionun tribunalarını yarıboş görmək üzücüdü. Məni daha çox üzən isə "Şerif"in ikinci qolundan sonra - hələ hər şeyin qarşıda olduğu bir məqamda azarkeşlərin stadionu tərk etməyə başlaması idi...

"Zirə"nin 10 illiyində avrokubok macərası davam edir. Rəqib Slovakiyanın ən qocaman klublarından biri - Dunayska-Streda şəhərini təmsil edən DAK 1904 olacaq. Əgər "Zirə"nin 10 illiyidisə rəqib adından da göründüyü kimi 130 illiyini qeyd edir. Amma bu klub o qədər də ciddi uğurları ilə seçilmir. İndiyəcən nə Slovakiya çempionu olub, nə də ölkəsinin kubokunu qazanıb. Cəmi 1 titulu var - 1987-ci ildə keçmiş Çexoslovakiyanın kubokuna yiyələnib. 

"Zirə"yə növbəti qarşılaşmalarda uğurlar! Avrokuboklardakı digər komandalarımıza da həmçinin!

Məncə, "Şerif"lə oyunların komandamızın böyüməyinə təsiri oldu və ümid edək ki, artıq cari avrokubok mövsümündə bu təcrübənin faydasını görəcəyik.

Son xəbərlər
“Qəbələ”dən növbəti transfer
Premyer Liqa klubu 40 yaşlı qapıçısını geri qaytardı
Dünya çempionu olan qapıçı 40 yaşında karyerasını bitirdi
“Real”ın klub televiziyası İspaniyadakı hakimləri yenə tənqid etdi
Dieqo Simeone müasir futbolun ən yaxşı futbolçusunu açıqladı
Qvardiola həyəcan içindədir
Vardi “Kremoneze”yə keçidini şərh etdi
Usik xeyriyyə məqsədli futbol oyununda iştirak etmək niyyətindədir
“Əl-Hilal” ÇSKA-nın təklifini rədd etdi
İsak “Liverpul”la məşqə qatıldı
“Spartak” avqust ayının ən yaxşı oyunçusunu açıqladı
Raul Madridə “Real”ın baş məşqçisi kimi qayıdacağına söz verdi
“Ronaldo Messi ilə bir səviyyədə ola bilməz” - Kapello
Alfonso Dominqes DÇ-nin yarımfinalında
“Neftçi” Şeydayevlə vidalaşdı
Millimiz Gürcüstan yığmasına qalib gəldi
Marmuş Mançester derbisini buraxacaq
Rüfət Əhmədov “Qəbələ”də
ACF-dən Bakıda ne-vaza üzrə seminar
“Beşiktaş”dan yeni transfer
Millimiz Vyetnama qalib gəldi
“Karvan-Yevlax”da iki ayrılıq
Millimiz Avropa çempionatında əsas mərhələyə yüksəldi
Tuxel İngiltərə millisinin tarixinə düşdü
“Sərhədçi” heyətini yeni basketbolçu ilə gücləndirdi
Kazımova beynəlxalq yarışa təyinat aldı
“Quba” daha bir legioner transferini reallaşdırdı
Əvəzedicilərin yarışında 4-cü turun təyinatları açıqlandı
1-ci Liqada ilk turun təyinatları açıqlandı
Millimiz Moldovada yoxlama oyunları keçirəcək
DAHA ÇOX

Ən çox oxunanlar