“Qarabağ” işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır”

"Qarabağ" işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır.

Sports.az xəbər verir ki, bunu Cəbəllütariqin "Linkoln" klubunun futbolçusu Co Martines klubun rəsmi saytına açıqlamasında deyib.

"Qarabağ"ın UEFA Çempionlar Liqasnın 2-ci təsnifat mərhələsindəki rəqibi olan "qırmızı-qaralar"ın müdafiəçisi Ağdam təmsilçisini yaxşı tanıdıqlarını deyib:

“Qarabağ” yaxşı tanıdığımız komandadır. Ötən mövsüm təsnifat mərhələsində bu komanda ilə üz-üzə gəlmişdik. "Qarabağ" işimizi çətinləşdirə biləcək yüksək səviyyəli komandadır. Onlar görüş ərzində topa daha çox nəzarət etmək və oyunu ələ almağa çalışacaqlar. Çalışacağıq ki, bütün bunlara mane olaq. "Qarabağ"ı yaxşı təhlil etmişik. Matça çox yaxşı hazırlaşmışıq. İnanırıq ki, nəticə istədiyimiz kimi olacaq".

"Linkoln" və "Qarabağ" arasında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu bu gün, saat 20:00-da start götürəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar