“Qəbələ”nin ilk rəqibi müəyyənləşdi

“Qəbələ”nin yoxlama matçı keçirəcəyi ilk rəqib müəyyənləşib.

Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Qəbələdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə qüvvəsini sınayacaq.

Görüş iyulun 31-də keçiriləcək.

“Qəbələ” bu gün təlim-məşq toplanışına start verəcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar