“Sabah”la “Sumqayıt"ın fiaskosu, “Qarabağ” və “Zirə”nin uğuru

“Sabah”la “Sumqayıt"ın fiaskosu, “Qarabağ” və “Zirə”nin uğuru

Avrokuboklar həmişəki kimi bəzi klublarımız üçün erkən bitdi. 

Ötən mövsüm hakimlərin ən böyük dəstək verdiyi klub kimi ad çıxaran "Sumqayıt" qitə turnirinə elə ilk rəqibinə uduzmaqla vida etdi. "Fehervar"dan daha zəif rəqib yalnız "Qarabağ"ın bəxtinə çıxan Cəbəllütariq "Linkoln"u idi.

"Sumqayıt"ın menecer-prezidenti Riad Rəfiyev avrokuboklar öncəsi ötənilki heyəti qorumaq və yeni transferlərlə komandasının gücünə güc qatmaq əvəzinə başqa işləri prioritet götürdü. Transfer mövsümündə həmişəki kimi digər klublara futbolçu satmağa başı qarışan Rəfiyevin "Sumqayıt"ı aparıcı futbolçularını itirdi. 

Nəticədə "Neftçi"nin və "Turan Tovuz"un avrokuboklara yolunu kəsən komanda UEFA Konfrans Liqasında Azərbaycanı bərbad təmsil edib "Fehervar" kimi zəif rəqibə boyun əydi. 

"Sabah" yeni mövsümdə Avropada "Qarabağ"dan sonra ən çox ümid bəslənilən komandamız idi. Hayfa "Makkabi"sini ilk matçda 3:0 hesabı ilə darmadağın etməsi bu ümidləri qat-qat artırdı. Amma evdə İsrail təmsilçisindən 6 qol buraxıb şans əsəri növbəti mərhələyə keçəndə 1 oyuna görə "bayquşlar"ın gücünü çox şişirtdiyimizi anladıq.

Bununla belə, İrlandiya çempionatında 10 komanda arasında 7-ci pillədə qərarlaşan "Sent Patriks" "Sabah" üçün çox zəif rəqib kimi görünürdü. Daxili çempionatda 2 oyun az keçirən "Bohemians" bu matçlarda qalib gəlsə, "Sent Patriks" ümumiyyətlə, 8-ci yerə düşəcək. Dünyanın aparıcı liqalarından sayılmayan İrlandiya çempionatında belə bir vəziyyətdə olan komandaya hər iki oyunda uduzmaq sözün əsl mənasında faciədi. 

Amma görünən bu ki, "Sabah"ın sponsorlarını klub prezidenti Maksud Adığözəlovun işi qane edir. Əks təqdirdə, ən azı klub yaranandan bu yana dağıdılan onmilyonlarla vəsaitin hesabı soruşulardı. "Sent Patriks"in büdcəsi "Sabah"dan 3-4 dəfə az idi...

Ötən mövsüm "Partizan"a Bakıda 2:0 qalib gələndən sonra səfərdə biabırçı məğlubiyyət alıb avrokuboklarla vidalaşan komandanın baş məşqçisi Murad Musayev həmin fiaskodan sonra depressiyaya düşdü. Sonra da yarım il özünə gələ bilməyib istefa verdi. Amma Musayev həqiqətən yaxşı məşqçi idi. Bunu nəticələri ilə də sübut etmişdi. 

Krunoslav Renduliç haqda eyni sözləri demək olmur. "Sabah"ın son 4 oyunu göstərir ki, xorvat mütəxəssisin potensialı, məşüçi bacarığı haqda təsəvvürlər çox şişirdilib.

"Sabah"dan fərqli "Zirə" özündən 3-4 dəfə az yox, 2 dəfə çox büdcəyə malik rəqibi - "Osieki" dramatik mücadilədə uddu. Rəşad Sadıqov Böyükağa HacıyevQurban Qurbanovdan sonra bir Azərbaycan komandasını avrokubokların pley-off mərhələsinə yüksəltmiş üçüncü azərbaycanlı baş məşqçi oldu. "Zirə"ni bu mərhələdə daha çətin rəqib - Kipr "Omoniya"sı gözləyir. 

Komandamızın heyətinin belə ciddi sınaq üçün bir qədər kasad olduğunu etiraf etməliyik. Bəlkə "qartallar" operativ şəkildə yeni - daha keyfiyyətli futbolçular gətirəcək, bilmirəm. İstənilən halda, Rəşad Sadıqovun komandasının bu heyətlə pley-offa qədər gəlməsi artıq uğurdu. "Omoniya" səddi də aşılsa, bu, "Zirə"nin 10 illiyinə ən böyük hədiyyə olacaq.

Nəhayət, Avropa meydanlarındakı qürurumuz "Qarabağ" yenə bütün qitəni yaxşı mənada təccübləndirə bildi. "Ludoqorets" üzərində 7:2 hesablı qələbə Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazıldı. Hələ heç bir klubumuz qitəmiqyaslı yarışlarda bir matçda 7 qol vura bilməmişdi. 

Parlaq qələbə "Bu, mənim "Qarabağ"ım idi!" deyən Qurban Qurbanov kimi təmkinli bir şəxsiyyəti də çox sevindirdi.

Bu qarşılaşma həm də çempionumuzun potensialının nə qədər sərhədsiz oldunu göstərdi. "Qarabağ" bunu ötən avrokubok mövsümündə də nümayiş etdirmişdi. 

Razqrad zəfərindən sonra hamı ağdamlıların Zaqreb "Dinamo"sunu tək ayaqla keçəcəyini gözləyir. Xorvatiya çempionu Bolqarıstan çempionundan daha güclü rəqibdi. "Qarabağ" heç bir rəqibdən qorxmasa da, "Dinamo"nun rahatlıqla keçiləsi zəif komanda olmadığını vurğulamalıyam. 

Azərbaycan futbolunun bu mövsüm avrokuboklarda daha böyük uğurlar qazanması pley-off mücadilələrində göydə Allahdan, yerdə isə iki dost - Qurban Qurbanovla Rəşad Sadıqov və onların yetirmələrindən asılıdı. 

Hər iki komandamıza və dəyərli hocalarımıza uğurlar!

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar