Gəncə və gəncəlilərə!

Gəncə və gəncəlilərə!

“Qoçaqlarla dolmuş idin sən yer-yer
Cavad xantək neçə yetişdirdin Ər,
Sənsən mənim dilimdə əzbər…
Həsrətindən yandım, yandım, ah, Gəncə”

Həmid Dönməz

***

"Kəpəz" həmişəki kimi yenə fırtınaya düşmüş gəmi kimi ləngər vurur. Komanda premyer liqanı tərk etməyə real namizəddi. Ölkənin ən titullu futbol klublarından birini, ikinci böyük şəhərinin təmsilçisini ümidsiz autsayder kimi görmək üzücüdü. 

Gəncə futbolçu konveyeri sayılıb, ölkəmizə neçə-neçə tanınmış futbolçu bəxş edib. Amma son illər komanda azarkeşlərinə yalnız məyusluq gətirir.

"Kəpəz"in indiki heyəti ilə premyer liqadakı yerini qoruması mümkünsüz görünür. Güclənmək üçün yeni transferlər lazımdı, amma maliyyə sıxıntısı buna imkan vermir.

"Sabah"la Tovuzda keçirilən oyunun əvvəli gəncəli azarkeşləri bir qədər ümidləndirmişdi. Amma komanda 2 top üstünlüyü qoruya bilmədi və yekunda 2:3 hesabı ilə uduzdu. 

Gəncə təmsilçisi bu vəziyyətdən çıxmaq üçün Azər Bağırovu köməyə çağırıb. Bağırov ötən il "Araz Naxçıvan" kimi çətin komandanı çalışdırarkən özündən söz etdirməyi bacarmışdı. Amma indiki "Kəpəz"in heyəti, ötənilki "Araz Naxçıvan"dan çox zəifdi. Azər Bağırov da sehrbaz deyil ki, bu heyətlə premyer liqadakı yeri qoruya bilsin. Bunun üçün mütləq heyətin əsaslı gücləndirilməsinə ehtiyacı var. 

Yəqin ki, "Kəpəz" İdarə Heyətinin sədri İlqar Nadirinin şəxsi maliyyə imkanları bunu etməyə imkan verməyəcək. 

Ümid qalır doğma şəhəri sevən imkanlı gəncəlilərə. Hələlik onların kluba ciddi bir dəstək verdiyini eşitməmişik. Amma indiki məqamda "Kəpəz"in buna çox ehtiyacı var.

Gələn il açılışı olacaq yeni, möhtəşəm Gəncə şəhər stadionunda ilk oyunları aşağı liqada yox, elitada keçirmək üçün, bütün gəncəlilər qolunu çırmalamalıdı. Azarkeşlər hər şeyi kənara qoyub komandaya sona qədər dəstək verməli, maddi imkanı olanlar bu məsələdə bacardıqları köməyi etməlidilər.

Belə olsa, Azər Bağırov "Kəpəz"i bataqlıqdan çıxartmağa və perspektivdə zirvələrə daşımağa potensialı olan gənc baş məşqçidi.

Son xəbərlər
“Samsunspor” “Rayo Valyekano”ya ilk oyunda uduzdu
“Aston Villa”dan qələbə, Almaniya klublarından məğlubiyyət
Qazaxda ilk çempionlar müəyyənləşdi
Günay Qurbanova yenidən Avropa çempionu oldu
Azərbaycan çempionatında daha 7 çəkidə finalçılar bəlli oldu
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu
Ruzanna Avropa çempionatının finalında
Arbeloa “Mançester Siti”ni keçə bilməsə…
“Karvan-Yevlax”ın 3 legioneri milli komandalara çağırıldı
“Səbail” “Mingəçevir”i məğlub etdi
Hücumçusu “Mançester Siti” ilə yeni müqaviləyə təkid edir
“Ordu” “Sumqayıt”ı, “Naxçıvan” “Sərhdəçi”ni məğlub etdi
Xüsusi Olimpiya Komitəsi və ACF arasında əməkdaşlıq memorandumu imzalandı
“Yuventus” “Tottenhem”in müdafiəçi ilə maraqlanır
“Neftçi” və “Araz-Naxçıvan”dan qələbə
“Abşeron”la “Turan”dan qələbə
“Mançester Siti”nin kapitanı “Yuventus”a qoşula bilər
“Şəfa”da yeni təyinat
Yığmamız Belçikaya böyük hesabla məğlub oldu
Florentino Peres “Mançester Siti”nin ulduzunu Real”da görmək istəyir
Voleybol üzrə Yüksək Liqada pley-off oyunlarının vaxtı müəyyənləşib
“Zirə” – “Qarabağ” matçının hakim təyinatları açıqlandı
“İnter” hücumçusunu satmağa məcbur ola bilər
19 cüdoçumuz üçün Varşava sınağı
Stolüstü tennisçilər Berlin turnirində medal qazandı
“Real”ın qapıçısı A Seriyasına yollana bilər
Azərbaycan boksçuları Budvadan medalla başa qayıdır
Formula 1: Azərbaycan qran-prisi üçün marşal qeydiyyatı başladı
“Yuventus” “Tottenhem”in qapıçısından imtina edə bilər
“Arsenal” “Real”ın müdafiəçisinə göz dikdi
DAHA ÇOX

Ən çox oxunanlar