Naxçıvanda dövlət qurumları arasında futzal yarışı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumları arasında futzal yarışı təşkil olunacaq.

Sports.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika stadionunda turnirin püşkatma mərasimi keçirilib.

AFFA-nın, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə ərsəyə gətirilən yarışda 17 komanda 4 qrupda mübarizə aparacaq.

Qruplarda ilk iki pilləni tutacaq komandalar 1/4 finala vəsiqə qazanacaqlar. Turnirə sentyabrın 14-də start veriləcək və matçları bir müddət əvvəl Naxçıvanda təşkil olunan kurslarda iştirak etmiş hakimlər idarə edəcək.

İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək oyunlara oktyabrın 6-da yekun vurulacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar