Azərbaycan futbolu
“Qəbələ” legioneri ilə vidalaşdı
04.10.2024 | 13:15
“Qəbələ” qanalı futbolçu Samuel Tettehlə yollarını ayırıb.
Sports.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2023-ci ilin sentyabrından bu komandada çıxış edən Samuel “qırmızı-qara” formada 25 matçda 3 qol vurub. O, Premyer Liqada 21 (2 qol), Azərbaycan kubokunda 4 (1 qol) oyunda iştirak edib.