Azərbaycan futbolu
“Neftçi”də Qriqorçuk dönəmi bitdi
07.10.2024 | 12:15
“Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırıb.
Sports.az xəbər verir ki, 59 yaşlı mütəxəssis klub rəhbərliyinə müraciət edərək, vəzifəsindən ayrılmağa hazır olduğunu bildirib.
O, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi üçün heç bir təzminat tələb etməyəcəyini vurğulayıb.
Son qərarın klubdaxili iclasda veriləcəyi və təcrübəli çalışdırıcının istefasının qəbul olunacağı gözlənilir.
Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalamışdı.