Yığmamız Şimali İrlandiya ilə üz-üzə

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya ilə üz-üzə gələcək.

Sports.az xəbər verir ki, matç Ballimena şəhərində yerləşən “Şouqraunds” stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Oyunu Farer adalarından olan Heini Ziskason Vidoy idarə edəcək.

Qeyd edək ki, F qrupunda 9 matç keçirən komandalardan Ukrayna 24 xalla liderdir. İngiltərə 22 xalla ikinci, Serbiya 13 xalla üçüncü, Lüksemburq 7 xalla dördüncü sıradadır.

8 qarşılaşmada 7 xal toplayan Şimali İrlandiya 5-ci, 3 xala malik Azərbaycanın U-21 yığması isə sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar