Azərbaycan futbolu
Azərbaycan millisindən Belarusla heç-heçə
13.10.2024 | 20:20
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması Belarusda təlim-məşq toplanışı zamanı ikinci yoxlama görüşünü keçirib.
Sports.az xəbər verir ki, U-19 Minskdə meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində 48-ci dəqiqədə Nihad Orucəli fərqlənib.
Bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk yoxlama oyununda meydan sahibləri 6:1 hesablı qələbə qazanıblar.