Samir Abasov "Neftçi"də nə qədər maaş alacaq?

Samir Abasovun "Neftçi"də alacağı maaş bilinib. 

Sports.az xəbər verir ki, növbəti mövsümün sonunacan bağlanmış müqaviləyə görə 46 yaşlı mütəxəssis ayda təxminən 30 min, köməkçiləri Seymur Rəhimov, Vəfadar Quliyev, Mübariz Orucov, Anar Niftəliyev isə hərəyə 8 min manat civarında maaş alacaq.

Qeyd edək ki, Samir Abasov futbolçu karyerası ərazində "Neftçi"də cəmi 1 il keçirib. Həmin 2003/2024 mövsümündə "ağ-qaralar" "qızıl dubl" edib, Abasov isə kubokun finalında əlavə vaxtda "Şəmkir"in qapısına həlledici qol vurub.

2020-ci ilin noyabrında artıq baş məşqçi kimi flaqmana qayıdan ekstravaqant mütəxəssis 6 ay sonra xalq komandasını Azərbaycan çempionu edib. 

Bu Samir Abasovun baş məşqçi kimi ilk, "Neftçi"nin isə hələlik tarixində son Azərbaycan çempionluğudu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar