Millimizin Portuqaliya ilə oyunlar üçün heyəti bəlli oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.

Sports.az xəbər verir ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını Mərdəkandakı “Liv Bona Dea Arena”da qəbul edəcək.

Bundan 4 gün sonra, Bakı vaxtı ilə saat 23:45-də Vizela şəhərindəki eyniadlı stadionda cavab görüşü baş tutacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını sizə təqdim edirik:

1. Aytac Şərifova - Hakkarigücü (Türkiyə)
2. Nərgiz Əliyeva - Fatih Vətən (Türkiyə)
3. Günay İsmayılova - Neftçi
4. Aysun Əliyeva - Neftçi
5. Nigar Mirzəliyeva - Zenit (Rusiya)
6. Nərgiz Hacıyeva - Aktobe (Qazaxıstan)
7. Manə Mollayeva - Neftçi
8. Fidan Cəfərova - Neftçi
9. Yeliz Acar - Fatih Vətən (Türkiyə)
10. Kamilla Məmmədova - Okjetpes (Qazaxıstan)
11. Vüsalə Seyfəddinova - Neftçi
12. Firəngiz Teymurova - Neftçi
13. Jalə Məhsimova - Bəylərbəyi Spor (Türkiyə)
14. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə)
15. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)
16. Coşqunə Əliyeva - Neftçi
17. Sevinc Cəfərzadə - Krasnodar (Rusiya )
18. Kristina Bakarandze - Qalatasaray (Türkiyə)
19. Ayşən Əhmədova - Krılya Sovetov (Rusiya)
20. Alina Dorofeyeva - Yenisey (Rusiya)
21. Diana Məmmədova - Yenisey (Rusiya)
22. Milana Rəhimova - Ünyespor (Türkiyə)
23. Vüsalə Hacıyeva - Ünyespor (Türkiyə)
24. Ayşən Salamzadə - Neftçi

Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsində, oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar