"Sabah" və "Bazel" klubları arasında oyunların hakimləri açıqlanıb

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.

Sports.az xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakim təyin edib.

Qeyd edək ki, səfər qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da, Bakıdakı görüş isə 18:00-da başlayacaq.

UEFA Gənclər Liqası

Çempionlar yolu, 2-ci təsnifat mərhələsi

23 oktyabr

21:00. “Bazel” – “Sabah”

Baş hakim: Patrik Kolariç (Xorvatiya).

Baş hakimin köməkçiləri: Luka Payiç, İvan Starçeviç (hamısı Xorvatiya).

Dördüncü hakim: Hayrim Qovanaj (İsveçrə).

"St. Yakob-Park" stadionu.

6 noyabr

18:00. “Sabah” – “Bazel”

Baş hakim: Rustam Omarov (Qazaxıstan).

Baş hakimin köməkçiləri: Aleksey Dolqix, Dmitri Beloqradov (hamısı Qazaxıstan).

"ASCO Arena".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar