Sabaha saxlayaq

Sabaha saxlayaq

Balaş Qasımov (rusdilli dünya onu belə tanıyır) mənə görə, Azərbaycan üçün dəyərdi. Söhbətin kimdən getdiyini Azərbaycan oxucusu üçün də yazmağa ehtiyac görmürəm.

Fərd olaraq "Nə? Harada? Nə vaxt" intellektual oyununda xalqımızı azərbaycanlı kimi qürurlandırıb. İTV-yə gələndən sonra Azərbaycan tamaşaçısının zövqünü düzəltmək üçün mümkün olandan artığını edib. 

"Sabah saxlamayaq" verilişini kim hədəfə gətirib? Açığı, bilmirəm. 

Mən bu verilişin bəzi rəhbərləri və aparıcıları ilə bir yerdə işləmişəm, bəzilərini virtual çox sevmişəm. İTV-də işləmələrindən illər öncə. Mənə görə, hamısı yaxşı kadrlardı...
...Dünənki futbol müzakirəsi başdan çox maraqlı idi. Aparıcılar Vüsalə Məmmədova, Ürfan Məmmədli, İTV İdmanı verilişdə təmsil edən Kənan Hakimov dedilər ki, Balakişi Qasımovla müsahibə üçün heç kim rəsmi müraciət etməyib. 

Mən bundan dərhal sonra sosial şəbəkələrdə paylaşım etdim və Kənana yazdım ki, Balakişi müəllimdən müsahibə almaq istəyirəm. Ümid edirəm, bu müraciət ünvana çatacaq. Lazımsa, dərhal rəsmi məktub da yazmağa hazıram.

Şəxsən tanımadığım, bir dəfə də üzünü görmədiyim Balakişi Qasımov həm də, virtual çox böyük rəğbət bəslədiyim, necə deyərlər, bütün həyat və yaradıcılığını yaxından izlədiyim biridi. 
Bunu da sonda yazım ki, heç bir TV rəhbəri öz kanalında özünün tənqidinə imkan verməz. Amma dünənki verilişdə biz bunu gördük. Şəxsən daha əvvəl İTV-yə, "İctimai Radio"ya qonaq çağırılandan bilirəm.

Qeyri təvazökarlıq olsa da... Balakişi Qasımovla idman jurnalistikasında ən maraqlı müsahibəni özümün alacağını düşünürəm. Bəlkə, onu az qala uşaqlıqdan tanıyan Erkin İbrahimov da alardı. Amma o artıq jurnalist deyil, menecerdi.

Gözləyək...

Son xəbərlər
Bernardo Silva “Barselona”ya ismarış ünvanladı
“Tottenhem” “Liverpul”la ortaq məxrəc əldə edə bilməyib
Xabi Alonsonun “Livepul”u çalışdıraca biləcəyinə ehtimal artır
MS “Real”ın müdafiəçisi ilə bağlı danışıqlara başladı
La Liqada meydan sahiblərinin günü
“Nitsa” və “Strasburq”dan darmadağın
“Yuventus” “Napoli”yə darmadağınla qalib gəldi
“Fənərbağça” evdə xal itirdi
“Ştutqart” və “Frayburq”dan qələbə
“Mançester Yunayted” “Arsenal”a da qalib gəldi
Nani “Aktobe”də
Süleymanovadan İtaliyada gümüş medal
“Neftçi” məğlubiyyətə üzüldü
2 çəkidə finalçılar, 5 çəkidə yarımfinalçılar bəlli oldu
Lider autsayderi darmadağınla yendi - VİDEO
“Yaxşı oyunçu olarsa, transfer etmək istəyərik” – Dambrauskas
“Bizim üçün çətindir” - Füzuli Məmmədov
“Milan” “Liverpul”un müdafiəçisi ilə maraqlanır
“Sabah” və “Turan Tovuz”dan qələbə
“İnter” “Santos”un hücumçusu ilə maraqlanır
“Turan Tovuz” “Sumqayıt”ı belə məğlub etdi - VİDEO
“Gedişatı dəyişə bilmədik”
Qar voleybolu üzrə ölkə kuboku başa çatıb
“İkinci qolu tez vursaydıq, oyun bizim üçün daha rahat alınacaqdı” - Berdıyev
“Milan” qapıçısı ilə razılıq əldə etdi
“Kristal Pelas” “Milan”ın təklifini rədd etdi
“Çelsi”nin sabiq futbolçusu Qazaxıstan klubunda
NTD "Şəki" üzərində qələbə qazandı
“Atletiko” “Vulverhempton”un yarımmüdafiəçisi ilə maraqlanır
Səfərdə 100-cü qələbə
DAHA ÇOX

Ən çox oxunanlar