Son 8 mövsümün rekordu təkrarlandı

Azərbaycan futbolunda 2024/25 mövsümünün ən böyükhesablı qələbəsi qeydə alınıb.

Sports.az xəbər verir ki, bu, 2-ci Liqanın 7-ci turunda baş verib.

“Göygöl” öz meydanında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib. Bunadək mövsümün rekordu 2-ci Liqanın 2-ci turunun “Şimal” – “Ağdaş” matçında qeydə alınmışdı – 8:0.

9 topluq fərq son 8 mövsümün rekordunun təkrarıdır.

Ötən mövsümdə 3 belə nəticə qeydə alınıb. 2-ci Liqada “Cəbrayıl” “Kürmük Qax”, “Şahdağ Qusar” “Dinamo” ilə görüşdə qonaqların qapısından 9 cavabsız top keçirib. Əvəzedicilər liqasında isə “Qəbələ-2” “Araz-Naxçıvan-2” ilə səfər matçında eyni hesaba sevinib.

Daha böyük fərqə isə sonuncu dəfə 2016/17 mövsümündə təsadüf olunub. Həmin vaxt “Zaqatala” 1-ci divizionda “Energetik”in qapısından 10 top keçirib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar