Zirədə heç-heçə, “Turan Tovuz”dan inamlı qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Sports.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Zirə” doğma meydanda “Sabah”la qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib. “Sumqayıt” isə “Turan Tovuz”u qəbul edib və məğlubiyyətə üzülüb.

Turun daha öncə keçirilmiş oyunlarında “Kəpəz” “Qarabağ”a (0:5), “Şamaxı” “Araz-Naxçıvan”a (0:1) uduzub, “Neftçi” “Səbail”ə (3:1) qalib gəlib.

Azərbaycan Premyer Liqası
10-cu tur

20 oktyabr

“Zirə” – “Sabah” 1:1
Qollar: Georgi Papunaşvili, 90+2 – Jesse Sekidika, 7.
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
Zirə Olimpiya İdman Kompleksi. 17:30.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 90. Davit Volkov, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 24. Yusuf Laval, 17. Ayron Qomis, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Sabah: 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev (k), 6. Abdulax Xaybulaev, 20. Coy Lens Mikels, 18. Pavol Safranko, 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça, 11. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 94. Rəvan Mirzəmmədov, 10. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 77. Şakir Seyidov, 22. Abdulla Rzayev, 88. Xəyal Əliyev, 44. Sofian Çakla, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Krunoslav Renduliç.

“Sumqayıt” – “Turan Tovuz” 2:4
Qollar: Nikola Vuynoviç, 32. Kamran Quliyev, 87 – Alexandro Serrano, 16. Otto Con, 25. Veysəl Rzayev, 26. Aleks Souza, 78.
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 20:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 9. Nikola Vuynoviç, 99. Silvanus Nimeli, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 10. Rəhim Sadıxov, 20. Ayxan Süleymanlı, 21. Nihat Əhmədzadə, 24. Sənan Muradlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Fernando Da Silva, 12. Georgi Karaişvili, 5. Alan Dias, 60. Tresor Mossi.
Baş məşqçi: Vaqif Cavadov.
Turan Tovuz: 1. İvan Konovalov, 4. Şəhriyar Əliyev (k), 88. Faiq Hacıyev, 77. Veysəl Rzayev, 99. Sadiq Şəfiyev, 9. Kristian da Silva, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiç, 80. Otto Con.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 6. Araş Qaderi, 11. Ayxan Hüseynov, 21. Aleks Souza.
Baş məşqçi: Kurban Berdıyev.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar