“Zirə”nin legionerinə xüsusi forma hədiyyə edildi

Premyer Liqanın 10-cu turu çərçivəsində baş tutan “Sabah”la oyundan əvvəl “Zirə”nin futbolçusu Ruan Renatoya simvolik olaraq “100” yazılmış forma təqdim edilib.

Sports.az xəbər verir ki, formanı Zirə” PFK-nın icraçı direktoru Cahangir Məmmədov təqdim edib.

Xatırladaq ki, Renato Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi Premyer Liqanın 9-cu turuna təsadüf edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar