“Rəqib bu gün heç nə ilə bizdən üstün deyildi” – Renduliç
“Sabah” bu gün “Azərbaycan Premyer Liqasının 10-cu turunda “Zirə”nin qonağı olub.
Sports.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Masazır təmsilçisinin baş məşqçisi Krunoslav Renduliçin mətbuat konfransı keçirilib. Xorvatiyalı çalışdırıcı oyuna çox yaxşı başladıqlarını bildirib:
“Oyuna çox yaxşı başladıq. Başlanğıcda qol vurduq. Hər şey bizim nəzarətimiz altında idi. İkinci hissədə də oyuna nəzarət edirdik və yüz faizli qol şanslarımız oldu. Bundan başqa, ikinci hissədə 2-3 qol şansımız oldu, amma son nöqtəni qoya bilmədik. Əfsuslar olsun ki, son dəqiqələrdə buraxdığımız qoldan öncə ardıcıl 3-4 səhv etdik və rəqib fərqləndi. Təbiidir ki, şanslardan yararlanmırsansa, rəqib fərqlənəcək.
Səmimi deyiriksə, rəqib bu gün heç nə ilə bizdən üstün deyildi, amma bizim 2-3 qol epizodumuz oldu. Təəssüf ki, bu şanslardan faydalana bilmədik”.