“Lerik”ə texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sports.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:
Azərbaycan Kuboku I təsnifat mərhələsi
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Göygöl” – “Hypers Guba” oyununda “Göygöl” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Göygöl” komandası 70 manat cərimə edilir (maddə 37);
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Göygöl” – “Hypers Guba” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Göygöl” komandası 80 manat cərimə edilir (maddə 51.2);
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Göygöl” – “Hypers Guba” oyununda “Göygöl” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Göygöl” – “Hypers Guba” oyununda “Hypers Guba” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Hypers Guba” komandası 70 manat cərimə edilir (maddə 37);
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Lerik” – “Ağdaş” oyununda oyun günü planı pozulduğuna görə “Lerik” komandası 100 manat cərimə edilir (maddə 77.1);
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Lerik” – “Ağdaş” oyununda “Ağdaş” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
13 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Sheki City” – “Şəmkir” oyunu “Şəmkir” komandasının qapıçısının formasında qüsur olması səbəbindən matç gec başladığı üçün “Şəmkir” komandası 80 manat cərimə edilir (maddə 75.6);
14 oktyabr 2024-cü il tarixində Azərbaycan Kubokunun I təsnifat mərhələsinin “Dinamo” – “Füzuli” oyununda “Füzuli” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
II Liqa VII tur
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Şahdağ Qusar” – “Sheki City” oyununda “Sheki City” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Şəfa” – “Lerik” oyunu “Lerik” komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığına görə “Lerik” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Lerik” komandası 300 manat cərimə edilir (maddə 61.4);
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Qusar” – “Şəmkir” oyununda “Qusar” komandası oyun günü planının tələblərini pozduğuna görə 100 manat cərimə edilir (maddə 77.1);
17 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Kür-Araz” – “Şimal” oyununda “Kür-Araz” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
18 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Dinamo” – “Saatlı-Araz” oyununda “Dinamo” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Dinamo” komandası 70 manat cərimə edilir (maddə 37)
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Ağdaş” komandası 50 manat cərimə edilir (maddə 70.1);
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Ağdaş” komandası 70 manat cərimə edilir (maddə 37);
19 oktyabr 2024-cü il tarixində II Liqada VII turun “Ağdaş” – “Hypers Guba” oyununda “Ağdaş” komandasının 20 nömrəli futbolçusu Ülvi Sarıyev ikinci sarı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Ağdaş” komandası 300 manat cərimə edilir (maddə 43.3).