“Neftçi”də daha bir “əməliyyat”

Roman Qriqorçuku urvatsız yola salan "Neftçi"də daha bir ayrılıq gerçəkləşmək üzrədi. 

Söhbət ukraynalı mütəxəssisin "flaqman"a gəlişində əsas rol oynamış Futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizovdan gedir. Əzizov əvvəllər də xalq komandasında Samir Abasovla bir yerdə çalışıb. Baş məşqçiyə "ağ-qaralar"dan göndərilməsi xəbərini də sabiq prezident Kamran Quliyev o zaman idman direktoru olmuş Əzizov vasitəsilə çatdırıb.

Bundan sonra Abasov Əzizova kin saxlamağa başlayıb. "Neftçi"yə qayıdan kimi də klub rəhbərliyinə onunla bir yerdə işləmək istəmədiyini bildirib. 

Daxili çaxnaşmaların 9 oyun qələbə qazanmağa imkan vermədiyi "Neftçi"də "Qəbələ"nin iki dəfə avrokubokların qrup mərhələsinə düşməsində və digər uğurlarında müstəsna xidməti olan, bacarıqlı menecer kimi tanınan Əzizovun "torbasını tikilib" göndəriləcəyi demək olar ki, şübhə doğurmur.

Çünki, Qriqorçukun gedişindən dərhal sonra möcüzəvi şəkildə dəyişib "Səbail"lə tək qapı oynayan kollektivin rəhbərliyində Abasovun arzusunu dəstəkləyənlər ukraynalını yola salandan sonra bu istiqamətdə əməli fəaliyyətə keçiblər.

Roman Qriqorçuk kimi mütəxəssisə qarşı bunu böyük müvəffəqiyyətlə bacaran komandada bu işlər üçün hər cür potensial var və artıq belə "torbatikmə əməliyyatları"na bir növ vərdişkardırlar. 

Odur ki, dünən 40 illik yubileyini qeyd edən Əzizova "Təbriklər!" yazan klubun rəsmi sosial media səhifələrində tezliklə "Futbol komandaları və əməliyyatları üzrə direktorumuza, təşəkkürlər!" sözlərini görsəniz təəccüblənməyin.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar