“Neftçi” və U-19 qalib gəldi, “Araz-Naxçıvan” məğlub oldu

Bu gün futzal üzrə Yüksək Liqada 1-ci turun oyunları keçirilib.

Sports.az xəbər verir ki, ilk matçda son çempion “Araz-Naxçıvan” və ötən çempionatın gümüş medalçısı “Baku Fire” qarşılaşıb.

Gərgin keçən matç “Baku Fire”in qələbəsi ilə başa çatıb. Turun ikinci oyununda debutant “Şuşa” “Neftçi” ilə üz-üzə gəlib. Qarşılaşmada hesabı debutant açsa da, təcrübəli futzalçılardan qurulmuş “Neftçi” sensasiyaya imkan verməyib.

Turun son görüşü dramatik alınıb. Əvvəlcə “Yasamal Bakı” ardıcıl qollarla fasiləyə üstün yollanıb. İkinci hissədə isə gənclər üstünlük qazanıb.

Baku Fire – Araz-Naxçıvan 8:6

Şuşa – Neftçi İK 1:5
 
U-19 – Yasamal Bakı 7:6

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar