Naxçıvan və Şamaxının adından istifadə edib varlananlar...

Uşaq futbolundan çox danışırıq.

Sports.az Gənclər, U-17, U-16 və U-15 Liqalarında bu mövsüm keçirilmiş oyunlardan bəzi nəticələri nəzərinizə çatdırır:

Gənclər Liqası
"Qarabağ" - UFA - 10:0 
"Neftçi" - UFA - 13:1 
"Neftçi" - "Dinamo" - 13:1

U-17 Liqası
"Qəbələ" - "Araz Naxçıvan" - 10:2
"Araz Naxçıvan" - "Qarabağ" - 0:10
"Şamaxı" - "Masallı" - 0:10
"Kəpəz" - "Şamaxı" -  10:0
EFA - "Şamaxı" -         15:0 
"Sabah" - "Şamaxı" -  19:0
"Zirə" - "Şamaxı" -      24:0

U-16 Liqası
"Qarabağ" - Asta  - 12:0
"Sumqayıt" - "Mübariz" - 14:0
"Neftçi" - "Şamaxı" - 12:1 
"Sabah" - "Şamaxı" - 13:1
"Qarabağ" - "Şamaxı" - 20:0

U-15 Liqası
"Metak" - "Dinamo" - 11:3
"Qarabağ" - "Dinamo" 14:0

"Keşlə" adını dəyişib "Şamaxı" olanda böyük ümidlərlə Vəli Qasımovu Şamaxıya apardılar, Regional Futbol Məktəbində koordinator vəzifəsi verdilər. 

Üstündən 2 il keçib "Şamaxı"nın aşağı yaş qrupları fiaskoya uğrayır. Məsələn, U-17 komandası 9 oyuna 106 qol buraxıb və cəmi 1 qol vurub...

Deyəcəksiniz ki, uşaq futbolunda nəticə önəmli deyil, amma U-17 artıq uşaq futbolu sayılmır və nəticələr də vacibdi. 

Ümumiyyətlə, "Şamaxı" klubunun yiyəsi kimdi? Bilən varsa, zəhmət olmasa aydınlatsın.

Çox iddialı gəlmişdilər...

Rəsmi saytlarında yazılana baxın:
VİZYON VƏ MİSSİYAMIZ
VİZYONUMUZ:
• Şamaxını ölkənin əsas regional futbol mərkəzinə çevirməklə, bölgənin sosial iqtisadi inkişafına tövhə vermək.
MİSSİYAMIZ: 
• Dayanıqlı futbol klubu formalaşdırmaq;
• Yerli gənc futbolçuların inkişafına dəstək vermək və milli komandalar üçün yetişdirmək;
• Meydanda və meydandan kənar peşəkar heyətin formalaşdırılması üçün mühit yaratmaq;
• Regionda gəncləri sağlam həyat tərzinə təşviq etmək.
Bəlkə də, ad yeni dəyişəndə vizyon və missiya fərqli imiş, sonra "palaza bürünüb, elnən sürünmək" qərarı verilib. 

"Şamaxı"nın aşağı yaşlardan ibarət komandaları elnən olmasa da, sürünür...

Simvolikdi ki, klubun rəsmi saytında akademiyanın real vəziyyəti əks olunur - bu bölüm boşdu...
U-17 Liqasında "Şamaxı" ilə yanaşı xal qazanmayan ikinci klub isə "Araz Naxçıvan"dı. 
Legionerlərə N qədər vəsait xərcləyib hansı nəticə qazanacağı bəlli olmayan bu klubların aşağı yaşlardan ibarət komandaları niyə belə nəticələr göstərir? 

Təəssürat yaranır ki, kimlərsə sadəcə Naxçıvan və Şamaxı adlarından istifadə edib şəxsi kapitalını artırır...

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar