“Qarabağ”ın “Ayaks”la oyunundan öncə konsert

UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) matçından əvvəl konsert olacaq.

Sports.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Konsertin saat 18:45-də Tofiq Bəhramov adına Respublika Stadionunun A girişində Mərdan Kazımovun iştirakı ilə canlı baş tutacağı bildirilir.

"Qarabağ" - "Ayaks" oyunu 24 oktyabr saat 20:45-də start götürəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar