“Motivasiyamız yüksəkdir” - “Qarabağ”ın legioneri

"Qarabağ"ın futbolçusu Marko Yankoviç Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.

Sports.az xəbər verir ki, monteneqrolu futbolçu sabah böyük və məşhur kluba qarşı oynayacaqlarını bildirib:

"Motivasiyamız yüksəkdir. Hər birimiz yaxşı nəticə əldə etmək niyyətindəyik".

Avropa Liqasının Liqa mərhələsinin 3-cü turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
 

 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar