Bakıda UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun 2-ci mərhələsi keçirilib

AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun 2-ci mərhələsi keçirilib.

Sports.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç gün çəkən məşğələlərə UEFA təlimatçısı Fritz Şmid və yerli təlimatçılar Aslan Kərimovla Osman Rəhimov rəhbərlik ediblər.

Tədbirin son günündə “ASK Arena”da praktiki məşq olub.

Qeyd edək ki, məşqçilik kursunun növbəti mərhələləri dekabr və yanvar aylarında təşkil olunacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar