Riad Rəfiyev həbs edilir?

"Sumqayıt" klubunun prezidenti Riad Rəfiyevin həbs ediləcəyi ilə bağlı futbol ictimaiyyətində geniş müzakirələr gedir. 

İddialara görə, Rəfiyev futbolçuların və klubda çalışan digər əməkdaşların hesablarına qeyri-qanuni yolla pul köçürüb. Söhbət böyük məbləğlərdən gedir. "Sumqayıt"ın keçmiş futbolçusu, hazırda A milli komandanın direktoru İlqar Qurbanovun da bu dələduzluğun qurbanlarından olduğu söylənilir.

Rəfiyevin əməlləri ilə bağlı istintaq getdiyi və bu səbəbdən hələlik ictimaiyyətə açıqlama verilmədiyi bildirilir.

Sports.az məsələ ilə bağlı "Sumqayıt" Futbol Klubunun mövqeyini öyrənib.

Rəsmi açıqlama

"Sumqayıt" Futbol Klubu olaraq bildirmək istəyirik ki, bu kimi əsassız və heç bir dəlilə söykənməyən iddialar barəsində açıqlama vermək istəməzdik. Sözügedən şaiyələr tamamilə mənbəsiz və qərəzlidir. Təəssüflə bildirmək istəyirik ki, bu kimi işlərdə klubumuzun adının hallandırılması qərəzdən irəli gəlir. Bu, həm "Sumqayıt" Futbol Klubuna, həm də Azərbaycan futboluna zərər verir. İctimaiyyəti rəsmi olmayan, heç bir sübut-dəlil olmadan səsləndirilən xəbərlərə inanmamağa dəvət edirik.

Sports.az İlqar Qurbanovun da fikirlərini öyrənmək istəyib. Amma Qurbanov hələlik bu haqda danışa bilmədiyini deyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar