Yığmamız Portuqaliyaya böyük hesabla uduzdu
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün 2025-ci il Avropa çempionatının pley-off mərhələsinin ilk oyununa çıxıb.
Sports.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda evdə Portuqaliya yığması ilə qarşılaşıb.
Bol qollu matçda qonaqlar darmadağına seviniblər. Millimizin heyətində yeganə qolu Nazlıcan Parlak vurub.
Tərəflər arasında cavab görüşü oktyabrın 29-da Portuqaliyada keçiriləcək.
Avropa çempionatı: Pley-off, ilk oyun
25 oktyabr
Azərbaycan – Portuqaliya 1:4
Baş hakim: Fabienn Mişel (Almaniya)
Bakı, “Liv Bona Dea” stadionu
Azərbaycan: Aytac Şərifova, Alina Dorofeyeva, Nigar Mirzəliyeva, Jalə Mənsimova, Diana Məmmədova, Mana Mollayeva, Nazlıcan Parlak, Eliz Açar, Peritan Bozdak, Kristina Bakarandze, Sevinc Cəfərzadə (k).
Portuqaliya: İnyes Pereyra, Ana Borges(k), Katarina Amado, Diana Qomes, Joana Marçao, Andreya Yasinto, Tatyana Pinto, Nazaret, Telma Ençarnaçao, Ana Kapeta, Karola Kosta.