Ayxan Abbasov yenə hakimlərdən şikayətləndi

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 11-ci turunda “Qarabağ”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədə futbolçularımız yaxşı çıxış etdilər. Bəlkə də Georgi Kantariyanın epizodu qol olsaydı, yaxşı alınardı. İkinci hissə isə qapımıza penalti ilə başladı. Ondan sonra istər-istəməz hücum etməyə çalışdıq, oyun açıldı. Rəqib də bundan istifadə etdi. Klub olaraq bu cür oyunlara ehtiyacımız var. Qarşıda bizi daha çətin matçlar gözləyir. Evdə və səfərdə bəzi oyunlar bizim üçün kritik olacaq, xal qazanmalıyıq. Üç gündən sonra kubok matçı var. Ondan sonra "Zirə" ilə görüşə hazırlaşacağıq.

Artıq hakimlikdən danışmaq istəmirəm. Hər oyundan sonra hakimlikdən danışıram. Özümdən də xoşum gəlmir. Mənə görə o epizodda penalti yoxdur. Qaydalar deyir ki, topa toxunuşdan sonra sərt dəyərsənsə, penaltidir. Sərt dəymirsənsə, penalti deyil. Bu epizodda Adil topu çıxarır. Aleksey Kaşukun sürətinin qarşısını almadı. Kaşuk özü də yıxılırdı. Ondan sonra oyunun içində foullar var, verilmir. Hərdən təzə qaydalar, təzə qaydalar deyirlər... Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, bizim xəbrimiz yoxdur. Çox da danışmaq istəmirəm. Bəlkə hərdən onlarda da bizə qarşı aqressiya yaranır ki, baş məşqçilər hər oyundan sonra hakimlik barədə danışır. Ancaq gerçək budur ki, performans yüksəlməlidir. Baxırıq da, oyunlar var orada penalti verirlər, bu oyunda eyni epizod olur, vermirlər. Məsələn, bir epizodu deyim, mənim üçün çox maraqlıdır. "Kəpəz"in "Turan Tovuz"la oyunudur deyəsən.. Paçu Liranın ayağını cərimə meydançasında tapdalayırlar. Başqa vaxtlar dərhal penaltidir də. Bəlkə də qaydalar var. Yeni qaydalardı, xəbərimiz yoxdur, bilmirəm. Əlbəttə ki, görüşlər olmalıdır. Hər kəs inkişaf etməlidir. Çünki çempionatımızda kritik oyunlar olur. Görürük ki, hər tur səhvlər təkrarlanır”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar