Millimizin Serbiya və Lüksemburqa qarşı keçirəcəyi oyunların hakimləri bilindi

Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisinin Avropa çempionatının I seçmə mərhələsində Serbiya və Lüksemburq yığmalarına qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

Sports.az xəbər verir ki, U-17-nin Serbiya yığması ilə görüşünü uelsli, ev sahibi Lüksemburq seçməsi ilə matçını isə gürcüstanlı baş hakim idarə edəcək.

Serbiya ilə oyunda Şarlot Karpenterə Mişel Ceyn Portelli və gürcüstanlı Sopo Tsulaya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mzevinari Şaraşanidze (Gürcüstan) yerinə yetirəcək.

Gürcüstan millisi ilə qarşılaşmada isə baş hakim Mzevinari Şaraşanidze olacaq. Ona həmyerlisi Sopo Tsulaya və yunanıstanlı Mariya Detsi kömək edəcəklər. Dördüncü hakim Eyrini Pinqyu (Yunanıstan) olacaq.

Serbiya ilə oyun oktyabrın 30-da, Bakı vaxtı ilə 21:00-da, Lüksemburqla matç isə noyabrın 2-də, 19:00-da başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar