Millimiz AÇ-nin 1-ci seçmə mərhələsində Serbiya ilə üz-üzə

Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol millisi bu gün Avropa çempionatının 1-ci seçmə mərhələsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Sports.az xəbər verir ki, B Liqasının 5-ci qrupunun oyunu Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı Uels və Gürcüstandan olan hakimlər idarə edəcəklər.

Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək. Bu görüş də Bettemburqdakı "Munisipial" stadionunda baş tutacaq.

Avropa çempionatı, 1-ci seçmə mərhələ
B Liqası, 5-ci qrup

30 oktyabr

21:00. Serbiya – Azərbaycan
Hakimlər: Şarlot Karpenter, Mişel Ceyn Portelli (hər ikisi Uels), Sopo Tsulaya, Mzevinari Şaraşanidze (hər ikisi Gürcüstan).
Bettemburq, "Munisipial" stadionu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar