Millimizin heyəti açıqlandı

Futzal üzrə Azərbaycan milli komandası noyabrın 3-dən 6-dək Bosniya və Herseqovinada təlim-məşq toplanışı, ayın 4-də və 5-də adıçəkilən ölkənin yığması ilə 2 yoxlama oyunu keçirəcək.

Sports.az xəbər verir ki, komandamız oktyabrın 31-dən noyabrın 2-dək Bakıda məşq edəcək. Baş məşqçi Vitali Borisov 14 futzalçıya dəvət göndərib.

Qapıçılar: Emin Kürdov (“Araz-Naxçıvan”), Kamran Hacıyev (“Baku Fire);

Oyunçular: Xəzər Ağalızadə, Ülvi Əliyev, Nurlan Məmmədov, Emil Həsənzadə (hamısı “Araz-Naxçıvan”), Tofiq Mikayılov, Oktay Rüstəmli, Murad Quluzadə, Fərid Abbasov (hamısı “Baku Fire”), Seymur Məmmədov, Eldar Zeynalov, Mirzə Əmirov (hamısı “Neftçi” İK), İlham Alıyev ("Şuşa").

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar