“Neftçi”nin futbolçusuna 2 oyunluq cəza verildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sports.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Araz-Naxçıvan-2” – “Zirə-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

“Səbail-2” – “Sumqayıt-2” oyunu Təcili Tibbi Yardım Avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə gec başladığı üçün “Səbail-2” komandası 100 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” oyununun 90-cı dəqiqəsində “Sabah-2” komandasının 83 nömrəli futbolçusu Stefen Ende təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Sabah-2” komandası 150 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” oyununun 90+2-ci dəqiqəsində “Neftçi-2” komandasının 68 nömrəli futbolçusu Nurlan Musayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, “Neftçi-2” komandası 150 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar