“Şamaxı” FK “IQ Sports Agency” ilə əməkdaşlıq edəcək
“IQ Sports Media və Marketinq Agentliyi” “Şamaxı” Futbol Klubu ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Sports.az xəbər verir ki, bundan sonra kluba marketinq istiqamətində “IQ Sports Agency” xidmət göstərəcək.
Bununla əlaqədar tərəflər arasında 1 illik müqavilə imzalanıb.
“Şamaxı” Futbol Klubu 2022-ci ildən Şamaxı şəhərini təmsil edir və ikiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə Azərbaycan Birinci Liqasının qalibi olaraq cari mövsümdə Preymer liqaya yüksəlib. “Şamaxı” Futbol Klubu 2004-cü ilə kimi “Xəzər Universiteti”, 2017-ci ilə kimi “İnter”, 2022-ci ilə kimi isə “Keşlə” adı altında mübarizə aparıb.
Qeyd edək ki, “IQ Sports Agency” ölkəmizdə idman sektoruna media və marketinq xidmətləri göstərir. Azərbaycan idmanı və idmançıları üçün çox gözəl xəyalları olan agentlik bu yolda inamla irəliləyir və fəaliyyətini genişləndirmək istiqamətində uğurlu işlər görməkdədir.